Modern.az

İstintaq materiallarından “Ergenokon”la bağlı YENİ məlumatlar

İstintaq materiallarından “Ergenokon”la bağlı YENİ məlumatlar

Təhsil

3 Aprel 2014, 15:54


Türkiyədə “Ergenekon” prosesləri ilə bağlı istintaq materialları yayımlanıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 16 min 600 səhifədən  ibarət qərarın mətni  Milli Mühakimə Şəbəkəsi tərəfindən yayımlanıb. Qərarda “Ergenekon”un silahlı terror təşkilatı olduğu vurğulanıb. “Fərqli adlar olmasına baxmayaraq “Ergenekon” terror təşkilatının silahlı mübarizə apardığı təsbit edilib”-deyə qərarda bildirilir.

Məlumata görə sözügedən təşkilatın əsas hədəfləri Türkiyənin keçmiş baş naziri Bülənt Əcəvit hökuməti ilə Abdulla Gül və Rəcəb Tayyib Ərdoğan iqtidarı olub.   Qeyd edək ki, “Ergenekon”un 2000-ci ildən Türkiyədə silahlı mübarizə aparması iddia olunur. “Ergenenokon” əməliyyatları zamanı ordu generalları həbs olunmuşdu. Bu yaxınlarda isə Türkiyə məhkəmələrinin qərarı ilə onların çoxu azadlığa çıxıb.  

 

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı