Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə qəbul üçün növbəti sınaq imtahanına yazılışın başlandığını elan edib. Aprel ayının 20-də keçiriləcək sınaq imtahanlarına yazılmaq üçün //eservices.tqdk.gov.az/sinaq/ keçidinə daxil olmaq lazımdır. Xatırladaq ki, sınaqlara yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə edə bilərsiniz. Yazılış üçün 50 min oturacaq yeri təqdim olunub.
Misranə Həsənzadə