Modern.az

Müdafiə Nazirliyindən zabitlərin mobil telefon qadağası ilə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyindən zabitlərin mobil telefon qadağası ilə bağlı AÇIQLAMA

Təhsil

3 Aprel 2014, 17:53

Hərbi hissələrdə yüksək rütbəli hərbçilərə mobil telefonlardan istifadəyə qadağa qoyulub. Modern.az-ın əldə etdiyi məlumata görə, bir həftədən çoxdur ki, yüksək rütbəli hərbçilərə, hərbi hissə komandirlərinə, zabitlərə şəxsi telefondan istifadəyə məhdudiyyət tətbiq olunub. Tətbiq olunan qadağa hərbi hissədə qulluq edənlər arasında narazılıq yaradıb.
Onlar işdə olduqları müddətdə ailələri ilə əlaqə yarada bilməmələrindən şikayətləniblər.

Modern.az-ın sözügedən məsələ ilə bağlı sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər ki, mobil telefondan istifadəyə heç bir qadağa qoyulmayıb. Yalnız cəbhənin ön xəttində yerləşən bölmələrdə mobil telefondan istifadə məhdudlaşdırılıb.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı