Modern.az

DİN polis zabitinin saxlanılması barədə xəbəri təkzib etdi

DİN polis zabitinin saxlanılması barədə xəbəri təkzib etdi

Təhsil

3 Aprel 2014, 21:31

Azərbaycanda polis zabitinin saxlanılması barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə Trend-in sorğusuna cavabında bildirib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı Balakən Rayon Polis Şöbəsinin İtitala kəndi üzrə sahə müvəkkili, polis kapitanı Vüqar Filiyevin saxlanılması barədə yayılan məlumatlar əsassızdır.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə polis kapitanı V.Filiyevin saxlanılması barədə məlumat yayılıb.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı