Modern.az

İranın BMT-dəki nümayəndəsinə ABŞ-dan veto

İranın BMT-dəki nümayəndəsinə ABŞ-dan veto

Təhsil

9 Aprel 2014, 00:29

Modern.az saytı xəbər verir ki, ABŞ Senatı İranın BMT-dəki nümayəndəsi olaraq fəaliyyət göstərəcək namizədin ölkəyə girişinin qadağan edilməsini nəzərdə tutan qanun qəbul edib.

Respublikaçı senator Ted Cruz tərəfindən təqdim edilən layihə qəbul edilib.

İranın BMT-dəki nümayəndəliyinə namizədi Hamid Əbu Talebi 1979-cu ildə ABŞ-ın Tehran səfirliyinə hücumda və 52 amerikalını 444 gün ərzində girov tutan tələbə qrupunun üzvü olub.

Qeyd edək ki, Obama rəhbərliyi İranın BMT səfirliyinə göstərdiyi namizəddən narahat olduğunu Tehran hökumətinə bildirdiyini açıqlamışdı.

Layihənin həyata keçməsi üçün Nümayəndələr Palatasında da təsdiqlənməsi və ardından ABŞ prezidenti Barak Obama tərəfindən imzalanması lazımdır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı