Modern.az

Əl-Qaidə: Çox gec qalmadan Ərdoğan bizə sədaqət andı içsin -ŞOK

 Əl-Qaidə: Çox gec qalmadan Ərdoğan bizə sədaqət andı içsin -ŞOK

Təhsil

9 Aprel 2014, 01:02

Modern.az saytı xəbər verir ki, Əl-Qaidəyə bağlı olan İraq Şam İslam Dövlətinin(IŞİD) lideri Əbu Bəkir Bağdadi Türkiyəni təhdid edib.

Əl Qüds Qəzetinin xəbərinə görə, İraq Şam İslam Dövlətinin (IŞID) lideri Əbu Bəkir Bağdadi təhdid məzmunlu bir müraciət edərək, "Çox gec qalmadan Ərdoğan bizə sədaqət andı içsin" deyib.

Bağdadi "Ərdoğanın bu çağrışımızı dinləmədiyi təqdirdə Süleyman Şah Türbəsindəki məzar daşlarını məhv etməklə ilk addımı ataçağıq. Türk əsgərinin əti ləzzətlidir,  əsgərləri öldürmək bizim üçün zövqlü olacaq. Vaxt itirmədən Türkiyəyə uzatdığımız əlin sıxılaçağına ümid edirik. Bu Suriya xalqı üçün qalibiyyətin ilk başlanğıcı olacaq, zəfərə gedən yolun burdan keçdiyinə inanırıq "deyə qeyd edib.

Əl Bağdadi Səudiyyə Ərəbistanını və Qatarı da təhdid edib. Siyasətlərini dəyişdirməyəcəyi təqdirdə sıranın onlara da gələcəyini bildirib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı