Modern.az

Milli Parkda gənc cütlük özlərini dənizə ataraq intihara cəhd edib

Milli Parkda gənc cütlük özlərini dənizə ataraq intihara cəhd edib

Təhsil

9 Aprel 2014, 01:16

Bakının Səbail rayonunda Dənizkənarı Milli Parkda intihara cəhd olub.

Təxminən 20 yaşları olan oğlan və qız özlərini dənizə atıblar.

Hadisə şahidləri dərhal Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Olay yerinə gələn nazirliyin Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları  kater vasitəsi ilə  batan gənclərin axtarışına çıxıblar.

Xilasedicilər saat qülləsi yaxınlığında dənizdə boğulmaq təhlükəsi ilə üzləşən hər iki şəxsi xilas edərək dənizdən çıxarmağa müvəffəq olublar.  

Hadisə yerinə təcili yardım çağırılıb. Vəziyyətləri ağır olan gənclərə ilkin tibbi yardım göstərilib. Daha sonra onlar 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.    

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. /apa.az/

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...