Yunanıstan jurnalistləri ümummilli tətil keçirirlər. Modern.az-ın xarici KİV_ə istinadən verdiyi xəbərə görə, ölkənin jurnalistlərin əsas həmkarlar ittifaqı-Afina qəzetlərinin redaktorlar ittifaqı bəyan edib ki, KİV işçiləri yeni kollektiv əmək müqaviləsinin bağlanmasını və onlara əlverişli iş şəraitini yaradılmasını, eləcə də ixtisarların dayandırılmasını, əmək haqlarının gecikdirilməməsini tələb edirlər. Tətilin keçirilməsinə bütün KİV-lərin həmkarlar ittifaqları dəstək veriblər. Qeyd edək ki, aksiyaya görə, aprelin 9-da qəzetlər çap olunmayacaq. Televiziyalar yalnız reklamı və sənədli filmləri nümayiş etdirirlər.
Modern.az