Modern.az

İlham Əliyev Ruhani ilə görüşdü - FOTO

İlham Əliyev Ruhani ilə görüşdü - FOTO

Təhsil

9 Aprel 2014, 11:40


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da İran İslam Respublikasına rəsmi səfərə gedib.
Azərbaycanın və İranın dövlət bayraqları ilə bəzədilmiş Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Prezident sarayının qarşısındakı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və İranın dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.

Daha sonra Azərbaycan dövlət başçısı  İlham Əliyev İran prezidenti Həsən Ruhani ilə görüşüb. Modern.az xəbər verir ki, bu barədə H. Ruhaninin rəsmi Twitter səhifəsində məlumat verilib.

“Azərbaycanla bizim qardaşlıq əlaqələrinin genişləndirilməsində heç bir məhdudiyyət yoxdur”-deyə H. Ruhani Twitter-dən mesaj verib.

Bu arada Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov də özünün  rəsmi Twitter-indən səfərin maraqlı və faydalı keçdiyini bildirib.

Aqşin Kərimov


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı