Rusiya prezidenti Vladimir Putin bu gün hökumət üzvlərilə Ukraynaya Rusiya qazının ixracı məsələsini Avropaya tranzitini müzakirə edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kiyevin Rusiyaya borcları yüksəlməyə davam etdiyi bildirilib. Bu gün üçün isə Ukraynanın borcu 2 milyard dollar təşkil edir. İlin əvvvəlində fəaliyyət göstərən “Qazprom” Mart ayında hüquq pozuntusu səbəbilə endirimi ləğv etdi. Aprelin əvvəllərində isə Krımın ilhaqından sonra Rusiya Xarkov müqaviləsini pisləyib və Ukraynanı endirimdən məhrum edib. Belə ki, “Qazprom” Ukraynaya ixrac edilən qazın qiymətini yenidən qaldıraraq 1000 kubmetrini 485 dollara satmağı qərara alıb. Buna qədər isə qazın 1000 kubmetrinin 268.5 dollara satması barədə razılıq əldə olunmuşdu.
Qeyd edək ki, 2009-cu ildə Kiyevlə Moskva arasında baş verən qazla bağlı münaqişəyə görə Avropa 2 həftə rus qazından məhhrum olmuşdu.
Ayşən Mönsümlü