Modern.az

Ermənistanda Rusiya telakanallarının yayımının dayandırılması tələb olundu

Ermənistanda Rusiya telakanallarının yayımının dayandırılması tələb olundu

Təhsil

9 Aprel 2014, 12:52


Ermənistanda Rusiya əleyhinə zaman-zaman keçirilən aksiyalar yeni xarakter almaqla diqqəti cəlb edib. Modern.az erməni qaynaqlarına istinadən xəbər verir ki, indi də Rusiya telekanalları olan “Rossiya 1” və “ORT”nin bağlanması tələbi səsləndirilib. Bu barədə Şərq Əməkdaşlığı Vətəndaş Cəmiyyəti forumunun erməni milli platforması bəyanat qəbul edib. Bəyanatda Ukrayna hadisələrini sözügedən kanalların qərəzli işıqlandırması pislənilir. Rusiyanın Krımı işğal etməsinə haqq qazandıran telekanalların Ermənistanda yayımlanmasının yolverilməz olduğu bildirilməklə yanaşı, hazırlanan süjetlərin təcavüzkar mahiyyətdə xarakterizə olunması da qeyd olunur: “Biz Rusiya təbliğatının ölkəmizdə yayılmasını qanunsuz hesab edirik”.  

Qeyd edək ki, Kremldən  asılı olan Ermənistanda Rusiya əleyhinə aksiyalar həmişə olub. İrəvanın Gömrük İttifaqına qoşulması qərarından sonra isə bu etirazlar bir az da genişlənib. Ermənistan rəhbərliyinin Krım məsələsində Rusiyanın lehinə səs verməsi də erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.  

Aqşin Kərimov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı