Modern.az

"Bəs hardasız jurnalist dostlarım, deputat həmkarlarım? Gücünüz elə mənə çatırdı?"

"Bəs hardasız jurnalist dostlarım, deputat həmkarlarım? Gücünüz elə mənə çatırdı?"

Təhsil

9 Aprel 2014, 13:13


Modern.az
saytının xəbərinə görə, Milli Məclisin deputatı Etibar Hüseynov Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağını, jurnalistləri və millət vəkillərini qınayan açıqlama ilə çıxış edib. E.Hüseynov qarabağlılarla məlum mübahisəyə görə onu suçlayan Akif Nağını kəlbəcərliləri təhqir edən ANS telekanalına cavab verməməkdə qınayıb:

“Bir Akif Nağı var. Aylarla, bəzən illərlə mətbuatın yadına düşməz. Amma bir həftədir ki, bəzi saytların gündəmindədir - haqqımda verdiyi tənqid və təhqir dolu müsahibələrin hesabına. Dünən də bir sayta verdiyi müsahibəsində məni "əhəmiyyətsiz adam" adlandırıb. Olsun. Amma mənim də bu "əhəmiyyətli adam" olan Akif Nağıya bir sualım var.
Hörmətli Akif bəy. Allah eşqinə məni söyüb ürəyiniz soyuyandan sonra bu sualıma lütfən cavab verin. Bir həftədir ki, ANS kanalı açıq mətnlə kəlbəcərlilərin timsalında qaçqın və köçkünləri "qoyun sürüsü", "qorxaq", "naxələf" adlandırdı. ANS rəsmisi Mais Məmmədov səsini qaldırmaq istəyənlərə "onlar yalançı vətənpərvərlərdir, qələt edirlər" dedi.
Amma nədənsə iki həftə müddətində demədiyim bir sözə görə başda siz olmaqla məni asıb-kəsən, məndən az qala "vətən xaini" düzəldənlərin səsi çıxmır nədənsə. Bəs hardasız jurnalist dostlarım, hardasınız deputat həmkarlarım? Gücünüz və sözünüz mənəmi çatırdı? Nədən səsiniz çıxmır?  Yoxsa ANS-in "açarıq arxivi" sözündənmı çəkindiniz əcaba”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı