Modern.az

Jurnalistlər məlumatları daha çox hansı saytlardan oxuyur? - SİYAHI

Jurnalistlər məlumatları daha çox hansı saytlardan oxuyur? - SİYAHI

Təhsil

9 Aprel 2014, 14:24

Femida.az portalının yaratdığı “Müsahibə Klubu” jurnalistlərin qapalı Facebook qrupunda növbəti sorğu keçirilib. Jurnalistlərə “Gündəlik məlumatları öz saytınızla yanaşı başqa hansı saytlardan oxuyursunuz” sualı verilib.

Sorğunun keçirilməsində məqsəd heç də saytların, yaxud xəbər agentliklərinin reytinqinin ölçülməsi olmayıb. Məqsəd sadəcə jurnalistlərin daha çox hansı xəbər mənbələrinə üz tutduğunu öyrənmək olub.

Sorğuda iştirak edən jurnalistlərin bəziləri digər saytlar (yaxud xəbər agentlikləri) ilə yanaşı, öz çalışdıqları qurumlara da səs veriblər. Lakin səslərin hesablanması zamanı obyektivlik naminə həmin səslər qeydə alınmayıb.

Sorğu nəticəsində jurnalistlərin daha çox apa.az saytına daxil olduğu məlum olub (22 səs). Növbəti yerdə Qafqazinfo.az və Modern.az (hərəsi 15 səs), Musavat.com (13 səs) olub.

Sıralamada daha sonra Azadinform.az, Trend.az, Aznews.az, Lent.az, Axar.az, Azvision.az, Publika.az, Azadliqradiosu.az, Mediaforum.az, Milli.az və digər saytlar yer alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı