Modern.az

Gəncəli şəhid bu gün torpağa tapşırılıb - FOTO

Gəncəli şəhid bu gün torpağa tapşırılıb - FOTO

Təhsil

9 Aprel 2014, 15:57
Təmas xəttində cəbhənin Füzuli istiqamətində hərbi tapşırığı yerinə yetirərkən tank
əleyhinə minaya düşərək dünyasını dəyişərək şəhid olan əsgər 17 yaşlı Seyfəddin
Nəvai oğlu Kərimov son mənzilə yola salınıb.
 
Modern.az-ın məlumatına görə, dəfn mərasimindən əvvəl hərbi orkestrın ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb. Şəhidin ruhuna dualar oxunub Allahdan rəhmət dilənib.
Daha sonra Seyfəddin Kərimov Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin doğmaları, Gəncə şəhərinin rəhbər şəxsləri, ictimayyət nümayəndələri, şəhidin qulluq etdiyi hərbi hissənin hərbçiləri iştirak edib.
Qeyd edək ki, 1995-ci ildə Gəncə şəhərində dünyaya gələn Seyfəddin Kərimov Yunan-Roma güləşi üzrə 3 dəfə Azərbaycan çempionu olub. İdmanı həyatının ayrılmaz hissəsi bilib. Dost-tanışları arasında və şəhərin idman həyatında həmişə hörmətlə
xatırlanıb. Seyfəddin Kərimovun qəfil ölüm xəbəri hamını sarsıdıb. Xatırladaq ki, aprelin 7-də gecə saat 22:30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. Həlak olanlardan bir nəfəri, Kərimov Seyfəddin Nəvai oğlu Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırılıb.

 

 
Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı