Modern.az

Simens qardaşlarının Azərbaycana gəlişlərinin 150 illiyinə kitab TƏQDİM OLUNUB

Simens qardaşlarının Azərbaycana gəlişlərinin 150 illiyinə kitab TƏQDİM OLUNUB

Təhsil

9 Aprel 2014, 16:06


Modern.az xəbər verir ki, bu gün AMEA-nın Tarix İnstitutunda Verner fon Simensin “Qafqaz səyahətləri” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə İnstitutun direktoru Yaqub Mahmudov, Gədəbəydən seçilən millət vəkilləri Sevinc Hüseynova və Rafiq Məmmədhəsənov, Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haydrun Tempel  iştirak ediblər.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, son 10 ildə Sankt-Peterburq, Həştərxan, Dehli, London, Paris, Berlin və digər yerlərdən Azərbaycan tarixinə dair mənbələr toplanıb. “Verner fon Simensin “Qafqaz səyahətləri” kitabı da Azərbaycan tarixinə dair qiymətli qaynaqdır. Bu xatirələrdə ölkəmizin guşələrindən biri olan Gədəbiyin tarixinə dair dəyərli məlumatlar yer alıb. Burada bölgənin tarixi keçmişi ilə bərabər, mədəniyyət abidələri, habelə çar Rusiyası dövründə metallurgiya sənayesinin inkişafından bəhs edən maraqlı faktlar mövcuddur”.

Tədbirdə iştirak edən, sözügedən kitabın elmi redaktoru deputat Sevinc Hüseynova Gədəbəydə tədqiqat aparıldığını və Gədəbəy toplusu hazırlandığını bildirib. “Bu gün Azərbaycanla Almaniya arasında çox sıx əlaqələr var. Düşünürəm ki, tədbir hər iki ölkənin birlikdə olduğunu bir daha təsdiqləyir. Verner fon Simensin xatirələri aydın şəkildə sübut edir ki, Gədəbəy təkcə Azərbaycanın deyil, bütün Rusiya imperiyasının əsas metallurgiya mərkəzlərindən biri olub”.

 Deputat bu kitabın Simens qardaşlarının Azərbaycana gəlişlərinin 150 illiyinə həsr olduğunu da diqqətə çatdırıb. O, bu kitabın hazırlanmasında əslən Gədəbəydən olan həmyerlimiz Azər Babayevin böyük əməyi keçdiyini də söyləyib: "Buna görə Altay Babayevə təşəkkür edirik".

 Almaniya səfiri Haydrun Tempel Almaniya və Azərbaycan arasında güclü iqtisadi əlaqələrin olduğunu bildirib. “2019-cu ildə Azərbaycan ərazisində almanların məskunlaşmasının 200 illiyi qeyd olunacaq. Düşünürəm ki, o vaxta qədər bir çox kitablar dərc olunacaq. Simensin sənədləri 200 ilin yaxşı sübutu olacaq”.

 

 

Ulduz İbrahimova  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı