Modern.az

QHT maarifləndirici seminar keçirdi

QHT maarifləndirici seminar keçirdi

Təhsil

9 Aprel 2014, 15:56
Aprelin 9-da “Zirvə” mədəniyyət və incəsənət ictimai birliyi Prezident Yanında Qeyri  Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Şurasının maliyyə dəstəyilə “Məktəblilərin sağlamlığının qorunması, şagirdlərin pis vərdişlərdən çəkindirilməsi” mövzusunda Binəqədi rayonu, 7-ci mikrorayon, 283 saylı tam orta məktəbdə seminar kecirib. 

“Zirvə” mədəniyyət və incəsənət ictimai birliyinin sədri Şahin Qədirov tədbird’ Olimpiya, Səhiyyə, İdman Mərkəzlərindən geniş söhbət açaraq məktəblilərin ölkəmizdə yaradılmış imkanlardan səmərəli istifadə etmələrinin vacib olduğunu vurğulayıb. Eyni zamanda elavə edib ki, həyatda pis mühitə düşən məktəblilər bədbəxt hadisələrlə tez-tez qarşılaşmalı olurlar. Yeniyetmələr özlərini  doğmaları tərəfindən təcrid edilmiş hiss etdikdə qayğı  və hörməti  dostları arasında tapmağa cəhd edirlər. Belə hallarda onlar arzuolunmaz, riskli qruplara düşmək təhlükələrilə üz-üzə qalmaları  qaçılmaz olur. Bu da gələcəkdə zərərli vərdişlərə aludə olmalarına təkan verir. Ş.Qədirov əlavə edib ki, yeniyetmə və gənclərin bu istiqamətdə maarifləndirilməsinə xüsusi önəm verilməlidir. 

Ekspertlərdən həkim Yasəmən Baxşiyeva geni dəyişdirilmiş qida məhsullarından, rəngli şirələrdən, vaxtı keşmiş dərman pereparatlarından, tənəffüs etdiyimiz atmasferdə olan zərərli maddələrdən ətraflı  söhbət açaraq sağlam qidalanmanın yollarını göstərib. O əlavə olaraq  İldə heç olmasa bir dəfə həkim müayinəsindən keçməyin zəruriliyini  bildirib. Gələcəkdə yarana biləcək arzuolunmaz vitaminsizliklərdən, xəstəlikdlərdən vaxtında xəbər tutmaqla yaxa qurtarmağın mümkünlüyü şagirdlərin diqqətinə çatdırılıb. 

Seminarda ekspertlərdən psixoloq Nailə Mahmudova,  Hicran Quliyeva, 283 saylı tam orta məktəbin direktoru Şükufə Axundova, məktəb müəllimləri və şagirdlərin maraqlı çıxışları olub.  

Sonda tədbir iştirakçılarına metodiki göstərişlər və dəftərxana ləvazimatları paylanıb.     





Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı