Modern.az

Ukraynada rusiyalı casus qadın tutuldu

Ukraynada rusiyalı casus qadın tutuldu

Təhsil

9 Aprel 2014, 16:14


Ukraynanın Təhlükəsizlik Xidməti aprelin 8-də ölkənin cənub vilayətlərində vəziyyətin gərginləşdirilməsi məqsədilə Rusiyanın xüsusi xidmət orqanının tapşırığını yerinə yetirən qadını saxlayıb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, saxlanılan 23 yaşlı Mariya Koleda Xersona aprelin 4-də gəlib. Onun sözlərinə görə, bu artıq Ukraynaya 9-cu gəlişidir: “Aprelin 5-6-da Rusiya vətəndaşı olan qadın Xersondakı Rusiya tərəfdarı olan liderlər və fəallarla görüşüb, eləcə də yerlərdəki situasiyanın monitorinqini aparmaq üçün vilayət mərkəzindəki müxtəlif rayon şöbələrinə gedib”, - Ukrayna Təhlükəsizlik Xidməti İdarəsinin mətbuat xidmətindən bildirilib.

Bundan əlavə, Koledanın aprelıin 7-də Nikolayevski vilayət administrasiyasındakı qarşıdurmada iştirak edib. Casusun sözlərinə görə, odlu silahdan istifadə olunan həmin hadisə zamanı 3 nəfəri yaralayıb. Bu hadisədən sonra isə gizlənərək Xerson vilayətinə gəlib. Koledanın Rusiya xüsusi xidmət orqanlarının digər tapşırıqlarını da yerinə yetirdiyi açıqlanıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!