
“Mən döyülməmişəm. Döyüldüyüm barədə də heç bir yerə müsahibə verməmişəm. Axı döyüldüyümü kim, hansı saytda yazıb?”.
Bunu Modern.az-a açıqlamasında aktyor İlqar Cahangir deyib.
“Səhərdən qohumlarım, ailə üzvlərim narahat olub mənimlə əlaqə saxlayırlar. Sadəcə vətəndaşa qarşı kobud münasibət və təhqiramiz ifadələr vardı. Mən müdaxilə etdim və çəkmək istəyəndə kameranı əlimdən aldılar, söyüş söydülər. Məsələ bu cür oldu. Amma döyülmək söhbəti olmayıb. Bəzi jurnalistlər qonorar, sensasiya xətrinə məsələyə nə cür desən, don geyindirirlər. Ayıbdır vallah. Belə getsə, o jurnalisti məhkəməyə verəsi olacam ki, mənim ailəmə bu qədər narahatlıq verib”.
Qeyd edək ki, İ.Cahangirin Bakı Beynəlxalq Avtovağzalında döyülməsi barədə “MeydanTV” bu gün məlumat yayıb.
Gülşən Raufqızı