Modern.az

Cahangir Məmmədlinin müxalifət liderləri ilə bağlı fikrinə İTV-dən CAVAB

Cahangir Məmmədlinin müxalifət liderləri ilə bağlı fikrinə İTV-dən CAVAB

Təhsil

9 Aprel 2014, 16:36

“Yaxın gələcəkdə siz Əli Kərimlini də, İsa Qəmbəridə İTV-nin efirində görə biləcəksiniz qənaəti Cahangir Məmmədlinin öz fikridir”. Bunu Modern.az-a İctimai Televiziyının ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

“Hər bir rəhbər şəxsin və söz sahibinin öz fikrini müstəqil ifadə etmək səlahiyyəti var və biz də məhz bu mülahizəyə görə Cahangir Məmmədlinin fikrinə hörmətlə yanaşır və bu fikri şərh etmək fikrində deyilik”. 

Qeyd edək ki, “Aktual.az” saytına danışan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli müxalifət nümayəndələrinin İTV-nin efirində görünməməsi yönündə səslənən iradlara münasibət bildirərkən qeyd edib ki, “yaxın gələcəkdə siz Əli Kərimlini də, İsa Qəmbəridə İTV-nin efirində görə biləcəksiniz”.

Gülşən Raufqızı 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...