Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsinin icrası Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Validə Əlizadəyə həvalə edilib.
Akademiyadan Modern.az-a verilən məlumata görə, Nəbatat Bağının bundan əvvəlki direktoru Oruc İbadov vəzifəsindən azad edilib. V.Əlizadə hazırda həm də Botanika İnstitunun direktorudur.
Digər məlumata görə, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev tutduğu vəzifədən azad edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında təsdiq olunub.
Qeyd edək ki, M.Babayev vəzifəsindən öz xahişi ilə azad olunub.
Digər bir qərarla institutun direktoru vəzifəsini aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah Məmmədov icra edəcək.
Modern.az