Modern.az

Döyülən Qarabağ veteranının yaxınları: “O polislər cəzalandırılmalıdır”

Döyülən Qarabağ veteranının yaxınları: “O polislər cəzalandırılmalıdır”

Təhsil

9 Aprel 2014, 18:17

Müharibə veteranı, polkovnik-leytenant Ucayət Əliyev polislər tərəfindən amansızca döyülüb. Bu barədə Modern.az-a Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin rəhbəri Füzuli Rzaquliyev məlumat verib. O bildirib ki, döyülmə nəticəsində U. Əliyevin beyninə qan sızıb. İki əməliyyat keçirən Ucayət Əliyev hazırda evə buraxılıb.

“20 gün bundan öncə evinə gedərkən vəziyyəti pisləşib, daha doğrusu, təzyiqi qalxıb. Qəfildən polis post-patrul maşını ona yaxınlaşıb. Maşından düşən polislər ondan kim olduğunu soruşublar. Polkovnik-leytenant özünü təqdim edib. Vəziyyəti pis olduğundan polislərdən onu evinə ötürməyi xahiş edib. Polislərsə onun hərbi rütbəsinə şübhə ilə yanaşaraq Ucayəti ələ salıblar. Üstəlik, ona qarşı zor tətbiq ediblər. Əvvəlcə 2, sonra həmin yerə gəlmiş daha 6 polis əməkdaşı onu döyüb. Ucayət Əliyevi 40-cı polis bölməsinə gətiriblər. Polis bölməsində DİN əməkdaşlarının hərəkətinə haqq qazandırılıb. Yenidən döyülən müharibə veteranını Binəqədi rayon Polis İdarəsinə gətiriblər. Vəziyyətinin ağır olduğunu görəndən sonra onu xəstəxanaya aparmaq üçün Təcili Tibbi Yardım maşını çağırılıb. Xəstəxanaya yerləşdiriləndən sonra iki əməliyyat keçirib. O, tutulan vaxt hətta ona cinayət işi də açılıb. Guya o, dövlət əleyhinə çevriliş etdiyinə görə saxlanılıb. Ailə üzvlərinin xəbəri olmadan vəkil tutulub və səhəri gün məhkəməsi olacaqmış. Müstəntiq ondan 3 min manat rüşvət qarşılığından azad ediləcəyini deyib. Ucayət Əliyev onu döyənlərdən birinin 40-cı polis bölməsinin tədqiqatçısı Ruslan Dəmirçiyev olduğunu deyib. O, biri 5 nəfərin adını isə polis idarəsi bilir”.  

F. Rzaquliyevin sözlərinə görə, Ucayət Əliyevin yaxınlarının prezident İlham Əliyevə, daxili işlər naziri və Baş prokurora müraciət ediblər. Artıq Ramil Usubovun müavini U. Əliyevin oğlunu qəbul edib.

“Nazir məsələni öz nəzarətinə götürüb. Ucayət Əliyevin yaxınları həmin şəxslərə cinayət işinin açılmasını, polis rəisinin işdən azad olunmasını istəyir”, – deyə F. Rzaquliyev qeyd edib.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı