Modern.az

İstanbul turistlər arasında ən populyar şəhər seçilib

İstanbul turistlər arasında ən populyar şəhər seçilib

Təhsil

9 Aprel 2014, 20:11

Modern.az saytı xəbər verir ki, İstanbul “TripAdvisor” portalının tərtib etdiyi reytinqdə turistlər arasında ən populyar şəhərlərin siyahısına başçılıq etmişdir.

Maraqlı budur ki, Türkiyə şəhəri Fransa paytaxtını birinci yerdən sıxışdırıb çıxarmamışdır. Paris nəinki siyahıya başçılıq etməmiş, üstəlik yalnız yeddinci yerlə kifayətlənməli olmuşdur. Оn ən populyar şəhər sırasına ilk dəfə daxil olan İstanbul əbədi şəhər sayılan Romanı qabaqlayaraq lider olmuşdur.

İtaliyanın paytaxtı isə Nyu-Yorku ikinci yerdən sıxışdırıb çıxarmışdır. Nəticədə Amerika meqapolisi onluğu tərk edərək 12-ci yerdə qərarlaşmışdır. San-Fransisko və Sidney şəhərləri də onunla bərabər onluğu tərk etmişlər. London ötənilki mövqeyini – üçüncü yeri möhkəm saxlayır. Pekin dördüncü, Praqa beşinci, Mərakeş altıncı, Hanoy səkkizinci, Siemreap doqquzuncu yerləri bölüşürlər. Onluğu Şanxay şəhəri tamamlayır.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı