Modern.az

Ukraynada 3 nəfər öldürülüb, 63 nəfər həbs olunub

Ukraynada 3 nəfər öldürülüb, 63 nəfər həbs olunub

Təhsil

17 Aprel 2014, 12:01

Ukrayna daxili işlər naziri Arsen Avakov ötən gecə Donetsk vilayətinin Mariupol şəhərindəki hərbi hissələrdən birinə yerli Rusiyameylli qüvvələrin hücumu ilə bağlı məlumatlar verib. Modern.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Avakov insident nəticəsində hücum edənlərdən 3 nəfərin öldürlüldüyünü, 13 nəfərin isə xəsarət aldığını bildirib. Bundan başqa, hücumda iştirak edənlərdən 63 nəfər həbs olunub. Nazirin sözlərinə görə, hökumət qüvvələri itki verməyiblər. Hazırda hücumda iştirak edən silahlı qrupun digər üzvləri axtarılır.

Xatırladaq ki, Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinovun Donetsk vilayətinin şimalında antiterror əməliyyatı keçirilməsi ilə bağlı verdiyi əmrdən sonra Ukraynadakı siyasi vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılıb.  

Vüqar İsmayılov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı