Modern.az

Fransa-Ermənistan hərbi əlaqələri GÜCLƏNİR

Fransa-Ermənistan hərbi əlaqələri GÜCLƏNİR

Təhsil

17 Aprel 2014, 12:13


ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri Fransa işğalçı Ermənistanla hərbi sahədə əməkdaşlığı gücləndirir. Modern.az erməni qaynaqlarına istinadən xəbər verir ki, Fransanın Ermənistandakı hərbi ataşesinin iştirakı ilə Müdafiə Nazirliyində müzakirələr keçirilib. Aparılan ikitərəfli danışıqlarda Fransa ilə Ermənistan arasında hərbi müdafiə sahəsində əməkdaşlığın əlavələrlə 2014-cü ilə üzrə planı imzalanıb.  Fransa Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edən Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan ikitərəfli əlaqələrin perspektivindən söz açarkən hərbi sferada əməkdaşlığın genişləndirilməsinin də vacibliyinə toxunub.  

Aqşin Kərimov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı