Prezident İlham Əliyevin Nazirlər Kabinetində keçirilən müşavirədəki çıxışı “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin qəbulunu tezləşdirəcək. Sabah Milli Məclisin plenar iclasında müzakirə ediləcək layihənin qəbulu gözlənilir. Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a bildirib ki, sözügedən layihə hətta tam qəbul olunmasa belə, ən azı ikinci oxunuşdan keçəcək.
““Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin Milli Məclisə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb. Keçən ilin dekabrında o, birinci oxunuşdan keçib. Qanunla yaşıllıqların kəsilməsi, qırılmasına nəzarət müvafiq icra hakimiyyətinə tapşırılır. Ölkə başçısı da Nazirlər Kabinetinin iclasında bildirdi ki, bütün bunlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzarət etməlidir. Ola bilər ki, “Yaşıllıqların mühafizəsi haqqında” qanun sabah tam qəbul olunsun”.
Gültəkin ƏLƏSGƏR