Modern.az

Putin Rusiyanı parçalamaq istəyənlərdən DANIŞDI

Putin Rusiyanı parçalamaq istəyənlərdən DANIŞDI

Təhsil

17 Aprel 2014, 14:56


Müəyyən güclər Yuqoslaviya ssenarisi ilə Rusiyanı parçalamaq istəyir”. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu bu gün Rusiya prezidenti Vladimir Putin canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib. O, Rusiya ilə Ukraynanın arasını vurmaq istəyən dairələrin bu istiqamətdə fəaliyyət göstərdiyini bildirib. V. Putinin sözlərinə görə faktiki olaraq vahid xalqı bölmək istəyirlər. “Təəssüflər olsun ki, Ukraynada bəzilərinin Rusiyaya qarşı siyasəti davam edir. Bu o güclərdir ki, bizim böyüklüyümüzdən, gücümüzdən qorxurlar. Baxın görün Yuqoslaviyanı necə tikə-tikə parçaladılar. İndi də həmin qüvvələr siyasi proseslərlə manipulyasiya edirlər”,-deyə Kreml rəhbəri qeyd edib.  

 

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı