Modern.az

Pərviz Həşimli aclıq aksiyasını dayandırdı

Pərviz Həşimli aclıq aksiyasını dayandırdı

Təhsil

17 Aprel 2014, 15:26

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Modern.az-ın məlumatına görə, məhkəmədə çıxış edən Pərviz Həşimli iki gündür davam edən aclıq aksiyasını dayandırıb. Belə ki, təcridxana rəhbərliyi onu qəbul edib tələblərini dinlədikdən sonra aclıq aksiyanı dayandırdığını deyib. O, ailəsi ilə görüşmək üçün ona söz  verildiyini də açıqlayıb.  

Proses aprelin 24-də davam etdiriləcək. 

Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

 

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı