Modern.az

Azərbaycan və Rusiya polisləri Qubada görüşüblər

Azərbaycan və Rusiya polisləri Qubada görüşüblər

Təhsil

17 Aprel 2014, 18:37

Bu gün Qubada Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin sərhədyanı ərazilərdə birgə fəaliyyətin əlaqələndirilməsi üzrə İxtisaslaşdırılmış İşçi Qrupunun növbəti iclası keçirilib.

         DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazirliklər arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə, sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini və cinayətkarlıqla mübarizənin prioritet istiqamətlərinə, o cümlədən axtarışda olan şəxslər barədə məlumatların mübadiləsinə, İşçi Qrupun fəaliyyətinə, onun 2014-cü ilin növbəti rübləri üçün iş planının təsdiq edilməsinə dair məsələləri müzakirə ediblər.

  Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, ölkələr arasında səmərəli, qarşılıqlı faydalı əməkdaşlığın təməlini Azərbaycan və  Rusiya prezidentlərinin yürütdükləri mehriban qonşuluq və dostluq siyasəti təşkil edir. Qeyd olunub ki, hər iki ölkənin Daxili İşlər Nazirlikləri arasında əməkdaşlıq dövlətlərarası münasibətlərin yüksək səviyyəsinə uyğundur. Görüşdə beynəlxalq terrorçuluğun və transmilli mütəşəkkil cinayətkarlığın təhdid və çağırışlarına qarşı sərhədyanı ərazilərdə də adekvat cavab verilməsinə daim hazır olmağın vacibliyi vurğulanıb.

 Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəis müavini - Şimali Qafqaz regionunda Rusiya DİN-in orqan və hissələrinin müvəqqəti operativ qruplaşmasının rəhbəri, polis general-mayoru İqor Romaşkin ikitərəfli əməkdaşlığa yüksək qiymət verərək onun daim yeni əməli məzmunla zənginləşdiyini qeyd edib.

Görüşdə Dağıstanın daxili işlər naziri, polis general-mayoru Abduraşid Maqomedov, nazir müavini Vasili Salyutin, Azərbaycan və Dağıstan DİN-lərin aidiyyatı baş idarə və idarə rəisləri, hər iki ölkənin sərhədyanı bölgələrinin polis orqanlarının rəisləri və digər məsul şəxslər iştirak ediblər. İclasın yekunlarına dair protokol imzalanıb. Sənəddə əməkdaşlığın səmərəliyinin artırılmasına və sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş konkret təşkilati-praktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

 

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı