Modern.az

Bakıda mebel mağazasında pul olan seyf oğurlanıb

Bakıda mebel mağazasında pul olan seyf oğurlanıb

Təhsil

30 Aprel 2014, 13:22

Bu gün saat 05 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Röyal” mebel mağazasına aldatma yolu ilə girən şəxsiyyəti məlum olmayan 3 nəfər gözətçi İbrahim Quliyevin əllərini və ağzını yapışqanlı lentlə bağlayıb. Modern.az Daxili İşlər Nazirliyinin  mətbuat xidmətinə istinadən bildirir ki, çağırılmamış “qonaqlar” oranın müdiri Kəmalə Muradovanın  iş otağındakı içərisində 20 min manat olan dəmir seyfi, məişət əşyalarını və nəzarət kamerasının yaddaş kartını götürüb “Mercedes” markalı avtomobildə hadisə yerindən gediblər.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı