Modern.az

Müəllimləri ən yaxşı məzunlar arasından seçməliyik - nazir

Müəllimləri ən yaxşı məzunlar arasından seçməliyik - nazir

Təhsil

Bu gün, 10:48

Müəllimləri ən yaxşı məzunlar arasından seçməliyik.

Modern.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetində keçirilən “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da çıxışı zamanı qeyd edib.

Nazir bildirib ki, əsas diqqət şagirdlərin daha yaxşı necə öyrənə biləcəyinə yönəlməlidir:

“Əgər şagirdlər kənarda qalıb, biz isə öz-özümüzü müzakirə ediriksə, onda başa düşməliyik ki, bizim işimizin mahiyyəti şagirdlərlə bağlıdır. Bundan əlavə, nizam-intizam və öyrənmənin idarə olunması çox vacibdir. Çünki öyrənmə özü də müəyyən idarəetmə tələb edir. 

Bu proses müəyyən mənada təbii şəkildə baş verir. Müasir texnologiyalar, öyrənmənin rəqəmsallaşması və digər məsələlər haqqında danışanda onun idarə olunması müasir müəllimdən və müasir bacarıqlardan tələb olunur.

Hazırda, bir neçə il əvvəl, 10-15 il, hətta 35 il əvvəllə müqayisədə öyrənməni daha yaxşı rəqəmsallaşdırmaq, daha yaxşı başa düşmək və daha yaxşı idarə etmək mümkündür. Mənə görə, əsas fərq də bundan ibarətdir.

Amma özü-özlüyündə uşaqların və ətraf mühitin də dəyişdiyini danmaq mümkün deyil. Bu mənada müəllimin işi asanlaşmayıb, əksinə, çətinləşib.

Nəhayət, sistem olaraq ölçülə bilən məsələlərə baxanda bizi sevindirən ən vacib məqam müəyyən zaman ərzində əldə olunan nəticələrdir. Biz buna illər ərzində təkrar-təkrar baxırıq. Məsələn, 10 il əvvəlki vəziyyətlə 15 il əvvəlki vəziyyəti müqayisə edirik.

Burada ən vacib məsələlərdən biri də budur: bu il müəllimliyə qəbul etdiyimiz və gələcəkdə müəllim kimi işləyəcək tələbələr öz buraxılış illərindəki məzunların hansı hissəsini təmsil edirlər? 

Biz müəllimliyi ən yaxşı 20 faiz məzun arasından seçirik, yoxsa 30 faiz məzun arasından seçirik? Yaxud şərti olaraq desək, bir neçə ixtisas seçib həmin ixtisaslara qəbul ola bilməyən və ən sonda balı müəllimliyə çatan şəxslərdən müəllim seçirik? Bu, çox vacib məqamdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?