Modern.az

Nazirdən süni intellektlə bağlı xəbərdarlıq: “Artıq içəridədir”

Nazirdən süni intellektlə bağlı xəbərdarlıq: “Artıq içəridədir”

Təhsil

Bu gün, 10:59

“Süni intellekt artıq qapının arxasında deyil, içəridədir”

Modern.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetində keçirilən “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da çıxışı zamanı qeyd edib.

Nazir bildirib ki, süni intellekt artıq təhsil sisteminin bir hissəsinə çevrilib və əsas məsələ ondan necə səmərəli istifadə etməkdir:

“Düşünürəm ki, burada çox maraqlı müzakirə var. Məsələnin dinamikliyi də bundan ibarətdir ki, süni intellekt artıq qapının arxasında deyil, içəridədir. Yəni siz onunla qarşılaşmaya bilməzsiniz.

Eyni zamanda, burada emosional müzakirə aparmaq və “müəllim həmişə müəllimdir, süni intellekt heç vaxt onu əvəz etməyəcək” fikrini səsləndirmək mənə görə çox bayağı yanaşmadır. Çünki müzakirənin mövzusu bu deyil.
Müzakirənin mövzusu odur ki, biz süni intellektdən istifadə edərək necə irəliyə doğru gedə bilərik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?