Modern.az xəbər verir ki, 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyev seçiçilərin qəbulunun təşkilində yeniliyə izma atıb. 2013-cü ildə seçicilərin qəbullarda qaldırdıqları problemləri təhlil edən deputat belə qənaətə gəlib ki, bu məsələlərin içərisində prioritet yeri işə düzəlmə, ünvanlı sosial yardımların verilməsi, pensiya məsələlərinin həlli və əlillik qruplarının təyin olunması məsələləri tutur. Buna görə də bu məsələləri operativ sürətdə həll etmək məqsədilə Lənkəran şəhər İcra Hakimiyyətinin İcra başçısı cənab Taleh Qaraşovun da dəstəyini alaraq, göstərilən məsələlərlə bilavasitə məşğul olan Respublika qurumlarının rəhbərləri- Əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova və Sosial Müdafiə Fondunun sədri cənab Elman Mehdiyevə məktubla müraciət edərək, onun hər ay keçirdiyi qəbullarda Lənkəran rayon əhalinin sosial müdafiəsi mərkəzinin, Lənkəran rayon Məşğulluq mərkəzinin, 32 №-li Tibbi Sosial ekspert komissiyasının və Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin rəhbərləri və ya müvafiq səlahiyyətli nümayəndələri iştirak etsinlər. Bu qurumların rəhbərləri deputatın müraciətinə operativ şəkildə müsbət reaksiya vermiş və fevral ayından başlayaraq, onların yerli nümayəndələri keçirilən qəbullarda iştirak edirlər. Qəbulların belə təşkili şərait yaradır ki, qeyd olunan məsələlərlə bağlı qəbula gələnlərə ya yerindəcə konkret cavab verilir, ya da onlar zəruri araşdırmalar aparmaq üçün yerli qurumlara dəvət olunurlar. Nəticə barədə deputata məlumat verilir. Aprelin 25-də 23 seçicini qəbul edən deputat onların bir çox məsələlərinin yerindəcə həllinə nail olmuş, araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb. Qəbullarda iştirak edən seçicilər qəbulların belə təşkilindən razı qalır, möhtərəm prezidetimizə ölkədə yaradılan sağlam şəraitə görə öz təşəkkürlərini bildirirlər.
Modern.az