Modern.az

“Formula-1” Azərbaycana gəlir

“Formula-1” Azərbaycana gəlir

Təhsil

2 May 2014, 08:58

İtaliyanın “Omni corse” xəbər saytında “Formula-1”in mərhələ yarışının Azərbaycanda keçirilməsi ilə bağlı məqalə yerləşdirilib.
Yazıda qeyd olunur ki, yarışların 2016-cı ildəki mərhələlərindən birinin Azərbaycanın paytaxtı Bakıda keçirilməsi barədə uzun müddətdir müzakirələr aparılırdı. Artıq məsələ ilə bağlı rəsmi qərar qəbul edilib. Belə ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə “Formula-1” avtoyürüşləri üzrə dünya çempionatının rəhbəri Berni Ekklstoun arasında yarışların 2016-cı ildəki mərhələlərindən birinin Bakıda keçirilməsinə dair razılıq əldə olunub.
Müəllif oxucuların diqqətinə çatdırır ki, belə önəmli bir tədbirin keçirilməsi üçün dünya şəhərləri arasından məhz Bakının seçilməsi heç də təsadüfi deyildir. Artıq Bakı son illər bir neçə mötəbər idman yarışlarına uğurla ev sahibliyi edib.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə oxumaq olar:


//www.omnicorse.it/magazine/37292/azerbaigian-rivela-un-accordo-per-ospitare-la-formula-1-dal-2016

 

 

AzərTAc  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı