Modern.az

Ukraynada vəziyyət kritik həddə çatıb

Ukraynada vəziyyət kritik həddə çatıb

Təhsil

2 May 2014, 09:40

Ukraynada üzü maskalı şəxslərdən ibarət silahlı dəstə Qorlovka şəhərində prokurorluq binasını ələ keçirib.

  APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, binanı ələ keçirən şəxslər otaqlardan çölə çıxardıqları kompüter və cinayət işlərindən  tonqal qalayıblar.   Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb. Belə ki, 1 May Beynəlxalq Zəhmətkeşlər Günü ilə əlaqədar olaraq prokurorluqda qeyri iş günü olub.  

  Bundan bir gün əvvəl separatçılar şəhər şurasının və milis idarəsinin binalarını ələ keçiriblər.    Bundan başqa, Donetsk vilayətinin Krasnoarmeysk şəhərində separatçılar milis idarəsini ələ keçiriblər.  

 APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə milis idarəsinin rəis müavini Yuri Şmıxlenko məlumat verib.   Onun sözlərinə görə, idarədə qapılar və pəncərələr qırılıb, insident nəticəsində xəsarət alan olmayıb. 

  Bundan başqa, Donetsk vilayətinin Rodinsk şəhərində  300-dək separatçı milis idarəsini ələ keçiriblər. APA-nın UNN-a istinadən verdiyi xəbərə  görə, hücum zamanı asayiş keşikçiləri arasında xəsarət alan olmayıb.    

 Hazırda separatçılar milis idarələrinin ərazisində barrikadalar qurur.   

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı