2014-cü ilin aprel ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2,056 sığorta tələbi üzrə 2,641,866 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Modern.az xəbər verir ki, bu barədə Trend-ə İcbari Sığortalar Bürosundan məlumat verilib. Keçən ay isə 1015 tələb üzrə 1,2 milyon manatdan çox vəsait ödənilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həyata keçirilən sığorta ödənişlərinin məbləğində 26% artım müşahidə edilib. 2014-cü ilin aprel ayında avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1,230 manat təşkil edib. Ümumilkdə yanvar-aprel ayları ərzində Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə 7,7 milyon manatdan çox sığorta ödənişi həyata keçirilib.
Modern.az