Modern.az

Nazirlikdə İranla əlaqələr müzakirə olunub - FOTO

Nazirlikdə İranla əlaqələr müzakirə olunub - FOTO

Təhsil

2 May 2014, 10:10

 

Mayın 1-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Milli İnkişaf Fondunun sədr müavini Seyid Qasem Hüseyni ilə görüşüb. Modern.az İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ölkələr arasında mövcud iqtisadi əlaqələr, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nazir Şahin Mustafayev bu yaxınlarda Azərbaycan Respublikasının Prezidentinin İrana rəsmi səfərinin  ikitərəfli əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, iki qonşu ölkə arasında enerji, nəqliyyat, meliorasiya, qarşılıqlı investisiya qoyuluşu, ticarət, maliyyə və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev komissiyanın növbəti iclasının keçirilməsi üçün müvafiq işlərin aparıldığını qeyd edib. O, komissiyanın iclası çərçivəsində müxtəlif görüşlərin və biznes forumun keçirilməsinin iş adamlarının əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətindən də danışıb.

İran İslam Respublikasının Milli İnkişaf Fondu barədə məlumat verən Fondun sədr müavini Seyid Qasem Hüseyni Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını, Fondun Azərbaycanda bir sıra sahələr üzrə layihələrin icrasında iştirak edə biləcəyini qeyd edib.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı