Modern.az

Sabah yağmursuz hava şəraiti olacaq

Sabah yağmursuz hava şəraiti olacaq

Təhsil

2 May 2014, 13:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumat görə, mayın 3-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə bəzi yerlərdə zəif duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək, lakin axşam tutqun olacaq, gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacaq. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-15, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində mayın 3-də hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti proqnozlaşdırılır.



Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı