Milli Məclis bugünkü iclasında İnzibati Xətalar və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər layihəsi müzakirə edib. Modern.az xəbər verir ki, qanun layihəsi haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli danışıb.
Bugünkü iclasda həmçinin Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsi barədə Milli Məclisin sədr müavini Valeh Ələsgərov məlumat verib. Hər iki qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.
Gültəkin ƏLƏSGƏR