Modern.az

Slavyanskda separatçıların pusqusu məhv edilib - FOTOLAR

Slavyanskda separatçıların pusqusu məhv edilib - FOTOLAR

Təhsil

2 May 2014, 15:13

Ukraynanın daxili İşlər naziri öz Facebook səhifəsində separatçıların pusqusunun məhv edilməsi barədə məlumat verib. Modern.az-ın xarici mətbuata verdiyi məlumata görə, Avakov hadisənin Ukrayna Yol Polisi İdarəsinin rəis müavini və tabeliyində olan bir neçə nəfərin kəşfiyyata getdiyi zaman baş verdiyini yazıb. O, əməliyyatda iştirak edən Yol Polis İdarəsinin rəis müavini polkovnik Aleksey Yerşov, mayor Aleksandr Malıxin və kapitan Mixail Zlenkoya təşəkkürünü bildirib. Eyni vaxtda aralarında uşaq və qadınların da olduğu Slavyansk sakinləri şəhərin yaxınlığında yerləşən dəmir yolu xəttinin qarşısını kəsiblər. Onlar bu istiqamətdə toplaşan Ukrayna qoşunlarının şəhərə daxil olmasına mane olmağa çalışırlar. Slavyanskın mərkəzində isə hər 100 metrdən bir barrikadalar qurulub. Yerli döyüşçülər Ukrayna qoşunlarının hücumunu gözləyirlər.

Baş verən hadisələrə sərt münasibət bildirən Rusiya rəsmiləri isə Ukrayna hakimiyyətinin Cenevrədə əldə olunan razılaşmaları pozmaqda ittiham edib.


 

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...