Türkiyənin “Qalatasaray” klubu qolçu oyunçu Burak Yılmazla müqaviləni 2 il daha artıraraq 5 il edib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Burak Yılmazın meneceri və klub arasında keçirilən görüşmədə tərəflər heç bir problem yaşamadan müqaviləni 5 ilə uzadıb. Beləcə Burak Yılmazın futbolu kimi karyerasını “Qalatasaray” da başa vurması istəyi üçün böyük bir addım atılıb. Qolçu futbolçu sarı qırmızılı klubdan hər mövsüm 2,3 milyon avro alacaq.