Modern.az

Şəxsiyyət vəsiqələri ilə bağlı dəyişilik təsdiq edildi

Şəxsiyyət vəsiqələri ilə bağlı dəyişilik təsdiq edildi

Təhsil

2 May 2014, 16:23

Milli Məclisin bugünkü iclasında şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edildi. Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev çıxış edərək bildirib ki. bundan sonra vətəndaşların şəxsiyyət vəsiqəsini 10 gün müddətinə verilməsi və ya dəyişdirilməsinə görə 5 manat, 3 gün müddətində 25, bir iş gün müddətində isə 35 manat dövlət rüsumu nəzərdə tutulur. Millət vəkilinin sözlərinə görə, dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 16 may 2013-cü il sərəncamının 1.2-ci bəndini icra etmək məqsədilə təklif edilir. “Yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə, dövlət rüsumunun məbləği və onun hazırlanmasına xərclər nəzərdə tutur. Qanun 2005-ci ilin dekabrın 1-dən qüvvəyən minib. Təklif olunan dəyişikliklər komitədə müzakirə olunub və yekdilliklə qəbul olunub”.

Gültəkin ƏLƏSGƏR  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı