Modern.az

Keçmiş məsləhətçidən çox kritik xəbərdarlıq : “Putini dayandırın!”

Keçmiş məsləhətçidən çox kritik xəbərdarlıq : “Putini dayandırın!”

Təhsil

2 May 2014, 16:38

Rusiya prezidenti Vladimir Putinin iqtisadiyyat üzrə keçmiş məsləhətçisi Andrey İllarionov deyib ki, Putin Ukraynada dayandırılmazsa,  tarixi sərhədləri yenidən bərpa edə bilər.

Modern.az xəbər verir ki, İllarionov bunu İsveçin “Svenska Dagbladet” qəzetinə müsahibəsində bildirib. O, Finlandiya və Baltikyanı ölkələrə xəbərdarlıq da edib. İllarionovun fikrincə, Rusiya lideri Baltikyanı ölkələri və Finlandiyanı hələ də Rusiyanın ərazisi hesab edir. Qərb liderlərinin Putinin düşüncələrini anlamadığını iddia edən İllarionov deyib: “Vladimir Putin əgər Ukraynada dayandırılmazsa, keçmiş tarixi sərhədlərin yenidən bərpasına davam edəcək. Qərbliderləri dünyada başqa ölkələri fəth etmək istəyən liderlərin olduğunu unudublar”.

Putinin yaxın zamanda NATO-ya üzv olan Baltikyanı ölkələrə və Finlandiyaya qarşı bir hücum düşünmədiyini vurğulayan Andrey İllarionovun fikrincə, Putinin Ukraynada dayandırılmaması halında bunun da gündəmə gələ biləcəyini istisna etməyib. Putinin 1917-ci ilə qədər 70 il Rusiyanın tərkibində olan Finlandiyaya müstəqillik verilməsinin səhv bir qərar olduğunu söylədiyini iddia edən İllarionov düşünür ki, Putin Rusiyanın milli mənafelərinə qarşı qərar verib.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı