“Deputatı boynunun ardından, yəni yuxarı lojadan çəkib ekran vasitəsilə reklam etdirməsinlər”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elton Məmmədov bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib.
Spikerə müraciət edən E. Məmmədov bildirib: “Siz sağlam ictimaiyyətə böyük mesaj yolladınız. İndi bunu hörmətli mətbuat işçiləri hər zaman olduğu kimi özlərinə sərf edən formada qiymətləndirir, bu başqa məsələdir. Sizdən xahiş edirəm ki, çox hörmətli mətbuat işçilərinə, Milli Məclisə akkreditə olunana mətbuat əməkdaşlarına tövsiyə və tapşırıq verin ki, millət vəkilini boynunun ardından çəkib reklam etdirməsinlər. Onların qeyd etdiyi həmin hərəkətlər etik normalara ziddir. Milli Məclis sivil və qanunverici orqandır. Milli Məclisin Mətbuat Katibliyi var. Sizin tapşırığınıza uyğun olaraq lazım bilinən süjetləri, çəkilişləri müraciət edərək akkreditə olunmuş jurnalistlər alaraq ictimaiyyətə çatdıra bilərlər. Bura məxfi orqan deyil. Ona görə yarasız çəkilişləri, görüntüləri ictimaiyyətə çatdıraraq Milli Məclisi və deputatları gözdən salırlar“.
Modern.az