Yeni Media Jurnalistləri İctimai Birliyi “Azərbaycan” nəşriyyatının bir neçə mərtəbəsinin internet saytların redaksiyalarına ayrılmasını təklif edir.
Modern.az xəbər verir ki, bu barədə birliyin sədri Xaqani Səfəroğlu bildirib. Onun sözlərinə görə, ölkədə gündən –günə vüsət alan internet KİV-lər informasiya yayımının əsas daşıyıcısna çevrilib. “Biz hesab edirik ki, bu nəhəng binada intrenet KİV-lərin fəaliyyəti üçün yaxşı imkanlar var. Yeni təşəkkül tapan portalların ofislə bağlı ciddi problemləri var və dövlətin balansında olan nəşriyyatın belə ucuz kirayə imkanlarından yararlana bilərlər.”.
Modern.az