Şəmkir rayonunda bədbəxt hadisə baş verib. Kəpəz TV-nin yaydığı məlumata görə, ötən gün axşam saatlarında Kür çayının üzərindəki Su Elektrik Stansiyasında mövcud sızmanı aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görmək istəyən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı ehtiyatsızlıqdan çayda batıb.
Axtarış tədbirləri bu gün saat 19-da onun cəsədinin suda tapılmasıyla yekunlaşıb. Cəsədi sudan çıxarılaraq məhkəmə tibbi ekspertiza və anatomiya birliyinin Şəmkir rayon şöbəsinə verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, “Kəpəz TV”-yə istinadən yayılan bu xəbər həqiqətə uyğun deyil.
Modern.az