Modern.az

Qəbələdə yanğına qarşi təbliğat aparılıb

Qəbələdə yanğına qarşi təbliğat aparılıb

Təhsil

17 May 2014, 09:52

Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir. İqtisadiyyatımızın neft amilindən asılılığının azaldılmasına xidmət edən qeyri-neft sektorunun inkişafı indi bir çox sahələrin tərəqqisi ilə müşayiət olunur. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas sahələrindən biri elan etmiş və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verməkdədir.
Qəbələdəki “Tufandağ” Yay-Qış İstirahət Kompleksi bu sırada mühüm yer tutur. Bu kompleks ölkəmizdə turizmin yeni istiqamətinin meydana çıxması baxımından xüsusi əhəmiyyətə malikdir. Layihə çərçivəsində indiyədək “Tufandağ” Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılmış, avtomobil  yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir. Yaradılan şərait bir daha təsdiqləyir ki, artıq turistlər ilin bütün fəsillərində Qəbələyə qonaq gələcəklər. Yay mövsümündə minlərlə qonağı qarşılayan Qəbələ bundan sonra qışda da turistlərin maraq göstərdiyi əsas məkanlardan birinə çevriləcəkdir. Bütün bunları nəzərə alaraq FHN Dövlət Yanğın Nəzarəti Xidməti “Tufandağ” Yay-Qış İstirahət Kompleksinin, buraya istirahətə gələn turistlərin yanğın təhlükəsizliyini diqqət mərkəzində  saxlayır. Bu günlərdə DYNX-nin əməkdaşları  “Tufandağ” Yay-Qış İstirahət  Kompleksində olub. Kompleksin direktoru Əvəz Nəbiyev turistlərin təhlükəsizliyinin, o cümlədən  yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar  həyata keçirdikləri dünya standartlarına cavab verəcək tədbirlər haqqında məlumat verib.  DYNX-nin əməkdaşları kompleksdə olarkən burada fəaliyyət göstərən işçilərlə yanğına qarşı təbliğat xarakterli söhbətlər aparıb, ictimai iaşə müəssisələrində yanğın təhlükəsizliyi tədbirləri, ilkin yanğınsöndürmə vasitələrinin təsnifatı və tətbiq olunması qaydaları və s. haqqında onlara ətraflı məlumat veriblər. 



Hikmət Xudiyev,
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın  Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı