İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov(Rusiya), Ceyms Uorlik(ABŞ), Jak For (Fransa) və ATƏT sədrinin nümayəndəsi Anjey Kaspşik Mayın 16-da Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb. Modern.az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.
Bununla yanaşı, həmsədrlər Ermənistanın müdafiə nazirliyində də Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıblar. Həmsədrlər həmçinin xarici işlər naziri Edvard Nalbandyanla da görüşüb və Qarabağ probleminin həll yolları barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, həmsədrlərin may ayının 19-da Bakıya səfəri gözlənilir.
Modern.az