Modern.az

Minsk Qrupunun Fransadan olan həmsədri dəyişir

Minsk Qrupunun Fransadan olan həmsədri dəyişir

Təhsil

17 May 2014, 10:48


ATƏT-in Minsk Qrupunda yeni həmsədr təyin olunacaq. Modern.az xəbər verir ki, Fransadan olan həmsədr Jak Foru bir müddətdən sonra onun Pyer Andio əvəz edəcək.

P. Andio artıq bu istiqamətdə diplomatik fəaliyyətinə də start verib. Ermənistan KİV-nin yaydığı məlumata görə ötən gün həmsədrlərin İrəvanda Serj Sərkisyanla görüşündə P. Andio da iştirak edib.               

Qeyd edək ki, ötən gündən etibarən Minsk Qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna səfərə başlayıblar. Onlar Azərbaycanın işğal altında olan torpaqlarına da səfər edəcəklər. May ayının 19-da isə diplomatlar Bakıya gələcək.  

Xatırladaq ki, J. For 2011-ci ildən Fransanı Minsk Qrupunun həmsədrliyində təmsil edir.  

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı