Modern.az

“Mediaforum”un redaktoru: “Təqsir “Delta Telecom”dadır”

“Mediaforum”un redaktoru: “Təqsir “Delta Telecom”dadır”

Təhsil

17 May 2014, 11:38

“Dünən saytımızın fəaliyyət göstərməməyinin səbəbi “Delta Telecom” provoyderinin işində problem yaranması idi. Hələ də o problem tam aradan qalxmayıb. Sayt dünəndən bəri açılmır. Ümumiyyətlə, “Delta Telecom”un xidmət göstərdiyi saytların ikisi də açılmır. Amma mən bu gün səhər baxdım “Delta Telecom” fəaliyyət göstərir, bizim saytda yenə nəsə problem var. Hazırda onu aradan qaldırmaq üçün mütəxəssislər çalışır. Saytın fəaliyyətini nə vaxt bərpa edəcəyi bilinmir”.
Bunu Modern.az-a açıqlamasında “Mediaforum.az” saytının baş redaktorunun müavini Hikmət Sabiroğlu deyib.

Qeyd edək ki, “Mediaforum.az” saytı dünəndən bəri fəaliyyət göstərmir.

Misranə Həsənzadə 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı