Macar Turan Vəqfinin sədri Andras Biro millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ilə görüşüb. Modern.az xəbər verir ki, qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Azərbaycan ilə Macarıstan arasında bütün istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib. Millət vəkili Q.Paşayeva iki ölkənin vətəndaş cəmiyyəti, qeyri-hökumət qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib və ortaq layihələrin həyata keçirilməsinin vacibliyini söyləyib. Millət vəkili görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, soyqırımlar, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamə və qərarların Ermənistan tərəfindən yerinə yetirilməməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməməsi barədə Macar Turan vəqfinin sədri Andras Biro geniş məlumat verib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin, özəlliklə Xocalı Soyqırımı barədə həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində Macar Turan Vəqfi və Macarıstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının dəstəyini dəstəyini gözlədiklərini deyib. Macar Turan Vəqfi tərəfindən hər 2 ildən bir Turan qurultayının keçirilməsinin əhəmiyyətli bir hadisə olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva bu kimi tədbirlərin ortaq mədəniyyətin, ortaq tarixin öyrənilməsi istiqamətində vacib olduğunu və iki ölkə arasında qardaşlığın möhkəmlənməsinə öz töhfəsini veridyini deyib. Bu yaxınlarda rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB ilə Macar Turan Vəqfi tərəfindən Bakıda keçirilməsi nəzərdə tutulan ortaq layihələrə toxunan millət vəkili Qənirə Paşayeva bu layihələrin vətəndaş cəmiyyəti, qeyri-hökumət qurumları arasında əlaqələrin daha da genişləndirilməsinə öz müsbət töhfəsini verəcəyinə inandığını deyib.
Azərbaycanı çox sevdiyini və burda olmaqdan məmnuniyyət duyduğunu deyən Macar Turan Vəqfinin sədri Andras Biro hər iki ölkə arasında, ö cümlədən rəhbərlik etdiyi qurum ilə Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını deyib.
Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Macar Turan Vəqfinin sədri Andras Biroya Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar hədiyyə edib.
Modern.az